Mingəçevirdə FHN evlərin zirzəmiləri və həyətyanı sahələrini yağış sularından təmizləyib

Mingəçevirdə FHN evlərin zirzəmiləri və həyətyanı sahələrini yağış sularından təmizləyib
# 05 oktyabr 2015 17:46 (UTC +04:00)

Bakı-APA. Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR