Ağdaşda 5 seçki məntəqəsində “exit-poll” keçirilir - FOTO

Ağdaşda 5 seçki məntəqəsində “exit-poll” keçirilir - <span style="color: red;">FOTO
# 01 noyabr 2015 12:44 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Parlament seçkiləri ilə əlaqədar Ağdaş rayonundakı seçki məntəqələrinin qarşısında ”exit-poll” təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsl kəndindəki 25 saylı və Şor Dəhnə kəndindəki 33 saylı seçki məntəqəsində, 90 saylı Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş şəhər S.Vurğun adına məktəbdəki 5 saylı, Qaradağlı kəndindəki 20 saylı və Pirəzə kəndindəki 37 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.

90 saylı Ağdaş DSK-nın sədri Nürəddin Babayev APA-ya bildirib ki, dairə üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 min 994 nəfərdir ki, onlardan 556-sı ilk dəfə səs verir. Məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

89 saylı Göyçay-Ağdaş DSK-nın sədri Nizam Məhərrəmov APA-ya bildirib ki, 36 seçki məntəqəsi üzrə 38 min 447 seçici qeydiyyata alınıb. Seçki məntəqələrindən 18-i Ağdaşda, 18-i isə Göyçayda yerləşir. On iki seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçicilərin 438 nəfəri səsvermədə ilk dəfə iştirak edir. Səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR