Ukrayna ordusu ölkənin şərqində daha üç şəhəri separatçılardan geri alıb

Ukrayna ordusu ölkənin şərqində daha üç şəhəri separatçılardan geri alıb
# 23 iyul 2014 17:56 (UTC +04:00)

Bakı – APA. Ukrayna güc strukturları Donbass bölgəsində separatçıların nəzarətində olan daha üç şəhəri azad edib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı nəticəsində silahlı separatçılar Donetsk vilayətinin Karlovka, Netaylivo və и Pervomayskoye yaşayış məntəqələrini tərk etməyə məcbur olub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bəyan edib ki, adıçəkilən şəhərlərin icra hakimiyyətləri üzərində Ukrayna bayraqları qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR