İndoneziyanın energetika naziri Azərbaycana səfər edəcək

İndoneziyanın energetika naziri Azərbaycana səfər edəcək
# 07 may 2015 10:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İndoneziyanın energetika naziri Sudirman Səidin rəhbərlik etdiyi nümayəndə heyəti bu yaxınlarda Azərbaycana səfər edəcək.

APA-Economics”in İndoneziya KİV-lərinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin Azərbaycanla yanaşı, İran, İraq, Rusiya və Küveyt kimi neft hasilatı ilə məşğul olan ölkələrə səfəri planlaşdırılır.

Səfərin məqsədi neft məhsullarının təchizatı ilə bağlı danışıqların aparılmasıdır.

Nazir qeyd edib ki, o, ölkə prezidenti Coko Vidodoya (Joko Widodo) İndoneziyanın OPEC-ə yenidən üzv olması ilə bağlı müraciət edib: “Mən prezidentdən bizim yenidən OPEC-ə üzvlük məsələmizə baxmasını xahiş etdim. Çünki, biz bu bazara yaxınıq. Bundan başqa, biz OPEC-ə qoşulmaqla bağlı rəsmi təklif də almışıq”.

Qeyd edək ki, İndoneziya 2008-ci ildə OPEC-dən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR