BMT TŞ tribunasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı çağırış edilib

BMT TŞ tribunasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı çağırış edilib
# 17 iyun 2016 16:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyunun 10-da BMT Təhlükəsizlik Şurasında sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi də iştirak edib. O, hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəf alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu vurğulayıb. Azərbaycan nümayəndəsi Şahbaz Quliyev və Dilqəm Əsgərovun işğal altındakı Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, onlar üzərində qurama məhkəmə təşkil olunduğunu diqqətə çatdıraraq, bu şəxslərin azadlığını təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edilib.

Çıxış əsnasında bu il aprel ayının əvvəllərində ağır artilleriya və iri çaplı silahlardan istifadə edən Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülki Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla, 6 mülki şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülki obyektlər olmaqla, yüzlərlə mülki obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı “çirkli bomba” ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR