ARDNŞ nəqliyyat vasitələrinin ekoloji müayinələrini aparmaq üçün yeni ekoloji ölçmə məntəqəsi tikir

ARDNŞ nəqliyyat vasitələrinin ekoloji müayinələrini aparmaq üçün yeni ekoloji ölçmə məntəqəsi tikir
# 16 sentyabr 2014 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Qaradağ rayonu ərazisində, Lökbatan qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin “Lökbatan stasionar ekoloji ölçmə məntəqəsi”nin inşası nəzərdə tutulub.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Mövcud normalara uyğun tikiləcək məntəqədə sutkada 30 nəqliyyat vasitəsi müayinə olunacaq.

Məntəqənin inşa ediləcəyi ərazidə 100 kvadrat metrlik inzibati bina, yanğın siqnalizasiya sistemi, yeraltı içməli su anbarı, təsərrüfat avadanlıqlarının saxlanılması üçün anbar inşa ediləcək. Bundan başqa, nəqliyyat vasitələrinin hava şəraitindən asılı olmayaraq ekoloji müayinələrin aparılması üçün də şərait yaradılacaq.

Tikinti işləri zamanı əməyin mühafizəsi mövcud normalara uyğun qurulacaq, yeni texnika və qabaqcıl texnologiyalar tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR