Türkiyə partiyaları Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat qəbul edib - VİDEO

Türkiyə partiyaları Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat qəbul edib - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 01:57 (UTC +04:00)

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “Biz Avropa Parlamentində hüquqi qüvvəsi olmayan qətnamənin qəbul olunmasını böyük təəssüf hissi ilə qarşıladıq. Qətnamənin müharibələr və münaqişələrin əvəzinə sülh, dözümlülük və birgə gələcəyin yaradılması ideyasına zidd olan qərəzli yanaşmasını qətiyyətlə pisləyirik.

Avropa Parlamenti tarixçilərin və beynəlxalq məhkəmələrin vəzifəsini mənimsəyərək Türkiyəni soyqırımı kimi ciddi cinayətdə ittiham edib. Bu hal qəbuledilməzdir”.

Sənəddə qeyd edilib ki, Birinci Dünya Müharibəsi Avropa Parlamentinin qətnaməsində göstərildiyi kimi, yalnız ermənilər üçün yox, ümumilikdə, bütün Osmanlı İmperiyası üçün faciəli bir dövr olub.

Avropa Parlamenti bizim çağırışlarımıza rəğmən, məsələnin qərəzsiz və hərtərəfli araşdırılmasından boyun qaçıran Ermənistan tərəfini dialoqa çağırmaq əvəzinə, iki cəmiyyət arasında uçurumu daha da dərinləşdirir.

Qeyd edək ki, aprelin 15-də Avropa Parlamenti “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Qətnamə Türkiyəni “erməni soyqırımı”nı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR