Bakı. Məlahət Nəcəfova-APA. Bu gecə Fransada çoxmənzilli evdə böyük yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, bu barədə “France-presse” məlumat yayıb. Paytaxt Parisdə baş verən yanğın zamanı 8 nəfərin öldüyü bildirilir. Ölənlər arasında uşaqlar da var. Hadisəni təfərrüatı araşdırılır. Ölkənin daxili işlər naziri Bernar Kaznyov da hadisə yerinə gedib.