Bakı. Yeganə Laçınzadə - APA-Economics. Abşeron, “Hacıqabul” və “Ağdaş” magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, noyabrın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Xaşa-Xuna və “Zeytun”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Padar”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, “Makov” və “Oğuz” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Ağsu rayonunun Padar, Külüllü, Kürsulu, Nəmirli və Bənəcik, Şəki rayonunun Turan qəsəbəsi, Zaqatala rayonunun Danaçı və Nazıxgöyəm kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhərinin Xəzər rayonunun Şüvalan, Qala və Xaşaxuna bağları qəsəbələrinin, o cümlədən, Oğuz rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.