ABŞ fond bazarında əsas indekslər kəskin azalıb

ABŞ fond bazarında əsas indekslər kəskin azalıb
# 02 sentyabr 2015 06:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 2,84% - 16 058,35 bəndədək, NASDAQ 2,94% - 4 636,10 bəndədək, S&P 500 2,96% - 1 913,85 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,03% - 6 058,54 bəndədək, Fransa CAC-40-ı 2,40% - 4 541,16 bəndədək, Almaniya DAX-ı isə 2,38% - 10 015 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin azalmasına investorların Çinin iqtisadi vəziyyətindən ehtiyatlanması ilə izah olunur. Məsələ ondadır ki, dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkədə iqtisadi zəifləmə templəri gözləniləndən də sürətlə azalmağa başlayıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,60 dollar azalaraq 1 138,20 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 14,56 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR