Dibçəkdə narkotik bitki yetişdirən Şirvan sakini saxlanılıb

Dibçəkdə narkotik bitki yetişdirən Şirvan sakini saxlanılıb
# 11 avqust 2016 11:19 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində evdə narkotik tərkibli çətənə kolları yetişdirilməsi faktı aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, M.Əsədov küçəsi 77a ünvanında yaşayan 1965-ci il təvəllüdlü Quliyev Əli Əkbər oğlu Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Ə.Quliyevin yaşadığı fərdi yaşayış evinin hovuzunda, dibçəklərdə çətənə kolları yetişdirdiyi məlum olub. Ekspertizanın rəyinə əsasən, müsadirə olunan çətənə kolları yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə yetişdirlib.

Faktla bağlı Şirvan ŞPŞ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR