Azərbaycanda I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur - VİDEO

Azərbaycanda I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur - <span style="color: red;">VİDEO
# 11 may 2015 08:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR