Azərbaycan manatı avro və dollara nisbətən möhkəmlənib

Azərbaycan manatı avro və dollara nisbətən möhkəmlənib
# 04 mart 2015 06:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 4-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0493 manat səviyyəsində müəyyən edilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0032 manat və ya 0,27% ucuzlaşaraq 1,1720 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR