Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
# 18 may 2015 15:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin inkişaf etdiyi bildirilib, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub.

Görüşdə Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR