“Azərsu” sayğacların donvurmadan qorunması ilə bağlı abunəçilərə müraciət edib

“Azərsu” sayğacların donvurmadan qorunması ilə bağlı abunəçilərə müraciət edib
# 03 dekabr 2014 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin və cihazların mühafizəsi məsələsini yenidən gündəmə gətirib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurum istehlakçıların diqqətinə çatdırır ki, Azərbaycan Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiqlənmiş “Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır.

Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yeniləri ilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək.

“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR