Azərbaycan Türkiyənin Şanlıurfa şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edəcək

Azərbaycan Türkiyənin Şanlıurfa şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edəcək
# 18 mart 2015 13:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə martın 21-dən 27-dək Şanlıurfa şəhərində beynəlxalq simpozium keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, simpozium 2014-cü il ərzində aparılan arxeoloji işlər və muzeyşünaslıq sahəsində əldə olunmuş aktual təcrübə və nailiyyətlərə həsr olunacaq.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bu il simpoziumda Azərbaycan və Başqırdıstanın nümayəndələri çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR