® Facemark.az Rəqəmsal Marketinq Konfransına özəl kitab nəşr etdi!

<font color=red>® </font>Facemark.az Rəqəmsal Marketinq Konfransına özəl kitab nəşr etdi!
# 30 oktyabr 2015 09:42 (UTC +04:00)

Digital Marketing Conference 2015 təşkilatçısı Facemark.az ölkəmizdə marketinq mühitinin yaxşılaşdırılması, ana dilimizdə olan biznes kitablarının keyfiyyətinin artırılması üçün ilk dəfə saytda yazıları yayımlanan yazarların yazılarını bir araya toplayaraq kitab nəşr etdirib.

Bugünün yazarlarından ˝Bugünün marketinqi kitabında 30-dan çox müəllifin 130-dan çox yazısı 9 fəsil üzrə qruplaşdırılıb. Fəsillərdə Siz marketinq, satış, reklam, pr, kommunikasiya, crm, müştəri davranışları, müştəri məmnuniyyəti, digital, sosial media, motivasiya, komanda ruhu, networking, biznes, böhran, ksm, brendinq, turizm, banklar, sığorta kimi müxətlif sahələrə aid faydalı məlumatlar əldə edəcəksiniz.

Kitabı tərtib edən Rafiq Hunaltay bildirir ki, ˝Oxucu adının kökü məhz bu kitabın məqsədidir – OXU. Gəlin daha gözəl gələcək üçün birlikdə oxuyaq. Oxuyaq ki, fərd, millət və dövlət olaraq daha güclü olaq. Bu kitab 9 fərqli istiqaməti 9 fəsildə birləşdirən və məhz bugünün marketinqindən bəhs edən ilk kitabdır˝.

Qeyd edək ki, Bugünün marketinqi kitabı məhdud sayda çap edilib. Kitab ilk dəfə 31 Oktyabr ADA universitetində keçiriləcək Digital Marketing Conference 2015 tədbirində rəsmi olaraq satışa çıxarılacaq. Daha sonra şəhərimizin kitab mağazalarında satışda olacaq. Eyni zamanda arzu edənlər kitabı çatdırılma vasitəsilə də ünvanlarında əldə edə bilərlər. Bunun üçün facemark.az facebook səhifəsində sifariş etmək lazımdır.

Ətraflı məlumat üçün

Facemark.az

https://www.facebook.com/dmcbaku.az

Dmcbaku.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR