Bakıda Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin illik toplantısı keçirilir - YENİLƏNİB

Bakıda Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin illik toplantısı keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 06 avqust 2014 09:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakıda Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin “Risk əsaslı sığorta haqqı sisteminin tətbiqi” mövzusuna həsr olunmuş Texniki Seminarı və Avrasiya Regional Komitəsinin (EARC) VII illik toplantısı keçirilir.

APA-Economics”in məlumatına görə, iki gün davam edəcək tədbirdə əsasən ABŞ, Asiya, Avropa və MDB ölkələrindən olmaqla depozitlərin sığortalanması fondları, mərkəzi banklar və beynəlxalq maliyyə qurumlarının 50-dən artıq nümayəndəsi iştirak edir.

Tədbirin əsas məqsədi risk əsaslı sığorta haqqı sisteminə keçid ərəfəsində olan ölkələrə texniki dəstəyin göstərilməsi, bank risklərinin kəmiyyət və keyfiyyət göstəriciləri üzrə qiymətləndirilməsi, bankların zəif və güclü tərəflərinin, risklərinin müəyyən edilməsi metodları, habelə bankların reytinq sisteminə əsasən risk qruplarına bölünməsi metodologiyası barədə beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi və iştirakçılar arasında geniş təcrübə mübadiləsidir.

Seminarda çıxış edən Asiya-Sakit Okean Regional Komitəsinin sədri Hiroyuki Obata, ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının baş maliyyə iqtisadçısı Jozef Colantuoni və digərləri ölkələrində tətbiq olunan risk əsaslı sığorta haqqı sistemi barədə ətraflı məlumat verib.

Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə qeyd edib ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun mandatı genişlənməlidir. Əmanətlərin sığortalanması sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün hüquqi bazanın yaradılması üzərində iş getdiyini deyən R.Orucov hesab edir ki, bu və ya digər bankda risk səviyyəsindən asılı olaraq əmanətlərin sığortalanmasına görə ödənişin hesablanmasının optimal metodunun seçilməsi əsas məsələlərdəndir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov öz növbəsində bildirib ki, risk əsaslı sığorta haqqı sistemini tətbiq edən ölkələrdə banklar ən az itki ilə çıxır. O, bu sistemi banklara düzgün yanaşma adlandırır: “Yəni, hansı bank daha çox risk edirsə, o qədər də ödəniş etməlidir. Eyni zamanda, risk sisteminin tətbiqi fonda əvvəlcədən hansısa bankın riskə məruz qalacağını müəyyənləşdirməyə imkan verir və fond risk faktorunu azaltmaq üçün Mərkəzi Bankla birgə tədbirlər görür”.

A.Cavadov əlavə edib ki, seminarda sistemin tətbiqi ilə bağlı problemlər, qanunvericilik bazası və digər məsələlərlə bağlı mütəxəssislər arasında müzakirələr gedəcək. “Keçən ildən biz bu sistemlə bağlı araşdırmalar aparırıq. Bu gün də məqsədimiz dünyada bu sistemi tətbiq edən ölkələr bunu necə edir, qanunvericilik bazası necə yaradılır və bu gün tətbiq etdikdə hansı problemlər yaranır və o problemləri onlar necə həll edirlər-bu gün biz bunların üzərində çalışırıq. Əlbəttə ki, bununla bağlı qanunvericilik bazası olmalıdır. Biz qanunvericilik bazasına dəyişiklik üzərində işləyirik”, - deyə A.Cavadov qeyd edib.

Onun sözlərinə görə, hazırda qanunvericiliyin hazırlanması ilə bağlı Mərkəzi Bankla müzakirələr gedir. “Daha sonra Fondun Müşahidə Şurasında müzakirələr olacaq. Aidiyyatı orqanlarla razılaşdırdıqdan sonra layihə Milli Məclisə göndəriləcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin oktyabr ayından etibarən İADİ-nin Avrasiya Regional Komitəsinə sədrlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR