Abşeron sakinləri oğurluq etdiklərinə görə tutulub

Abşeron sakinləri oğurluq etdiklərinə görə tutulub
# 14 iyul 2015 11:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Abşeron sakinləri oğurluq etdiklərinə görə tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Yaşar Əliyevin evindən inşaat materialları oğurlayan Abşeron rayon sakinləri Vəkil Əhmədov, Azər Orduxanov və Ramin Bəhlulov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Dərgah Quliyevin, Ceyhun Nəsibovun və Dostu Mirzəliyevin evlərindən də inşaat materialları oğurlamaları müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR