Sabunçu körpüsünün yaxınlığında yerüstü piyada keçidi inşa olunur

Sabunçu körpüsünün yaxınlığında yerüstü piyada keçidi inşa olunur
# 15 iyul 2016 12:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azəravtoyol" ASC Sabunçu rayonu Şəhər şosesində, “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verib.


ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq.

Sözügedən keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3,6 metr, yol səthindən hündürlüyünün isə 5,5 metr olması nəzərdə tutulub.

Qeyd edək ki, ilkin olaraq nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR