FHN Muğan Regional Mərkəzi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı müşavirə keçirib - FOTO

FHN Muğan Regional Mərkəzi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin təşkili ilə bağlı müşavirə keçirib - <span style="color: red;">FOTO
# 09 iyul 2015 15:31 (UTC +04:00)

Bakı - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 2015-ci il üçün Hazırlıq Planına əsasən dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Şirvan şəhər İcra Hakimiyyətində “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda şəhər müşavirəsi keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müşavirədə Şirvan şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri, Şirvan şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin, Şirvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən nəzarəti müfəttişliyinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Muğan Regional Tikinti Müfəttişliyinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Şəfahət Əsgərov keçirilən tədbirin əhəmiyyətindən danışıb. Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov FHN-in yaradılmasından ötən 10 il müddətində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Rəis müavini həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasını vacib sayıb.

Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin nümayəndəsi və Mərkəzin əməkdaşları “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Şirvan şəhəri ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Şirvan şəhər İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, “Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” haqqında geniş məruzə ilə çıxış ediblər.

Şirvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Ramin Şıxəliyev çıxışında fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin təmin edilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilərkən qarşılıqlı fəaliyyətin təşkili, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə danışıb. Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının Şirvan şəhəri ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilib, yaranmış problemlər diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR