ÜST: Ukraynada münaqişə ərzində 68 uşaq həlak olub, 183-ü yaralanıb

ÜST: Ukraynada münaqişə ərzində 68 uşaq həlak olub, 183-ü yaralanıb
# 29 iyul 2015 21:28 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bəyan edib.

“2015-ci il, iyulun 24-ə olan məlumata görə, azı 68 uşaq həlak olub, 183-ü xəsarət alıb”, deyə T. Yazareviç bildirib.

ÜST-ün hesablamalarına görə, 2014-cü il, aprelin ortalarından 2015-ci il, iyulun 24-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 829 nəfər həlak olub, azı 17 064 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR