Əməyin mühafizəsi üzrə tədris kurslarını bitirən 221 nəfərə sertifikat verib

Əməyin mühafizəsi üzrə tədris kurslarını bitirən 221 nəfərə sertifikat verib
# 02 mart 2015 07:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə təşkil olunan əməyin mühafizəsi üzrə tədris kurslarına indiyədək müxtəlif müəssisələr üzrə 221 nəfər mütəxəssis cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, kursları bitirən şəxslərə onlarla aparılmış müsahibənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar verilib.

DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə yanaşı, müvafiq sahədə çalışan mütəxəssislərin məlumatlılıq və peşəkarlıq səviyyəsinin artırılmasına yönələn tədbirlər artıq müsbət nəticələrini verir. Belə ki, cari ilin yanvar ayında ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar edilən hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20%-dək azalaraq 492 fakt təşkil edib. Habelə bu müddətdə qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 28,5% azalaraq 15-ə, bu hadisələr nəticəsində xəsarət alanların sayı isə 50% azalaraq 10 nəfərə enib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında belə hadisə qeydə alınmayıb.

Xatırladaq ki, Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı, ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR