Bakı-APA. Füzulidə yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonunda yanğın nəticəsində 200 ha biçilmiş taxıl sahəsi yanıb. Digər əkin sahələri yanğından mühafizə olunub.
Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.