Göygöldə mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri azyaşlıdır.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, məktəbin hasarına çırpılan nəqliyyat vasitəsində 8 nəfər olub. Onlardan ikisi - sürücü, 1992-ci il təvəllüdlü Elşad Şükürov və sərnişin, 2014-cü il təvəllüdlü Novruz Məmmədov xəsarət alıblar.
***
18.26
Göygöldə mikroavtobus qəzaya düşüb.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. İdarəetməni itirən mikroavtobus məktəbin hasarına çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.