Rövnəq Abdullayev: "Azərkimya" beş ilə tam modernləşəcək"

Rövnəq Abdullayev: "Azərkimya" beş ilə tam modernləşəcək"
# 30 oktyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərkimya" İstehsalat Birliyi 2020-ci ilə qədər tam modernizasiya olunacaq.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib.

SOCAR prezidentinin sözlərinə görə, "Azərkimya"nın modenizasiyası üzrə 2015-2019-cu illər üzrə proqram həyata keçirilir: "Bu proqrama uyğun olaraq "Azərkimya"nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək".

R. Abdullayev bildirib ki, İstehsalat Birliyində aparılan modernləşmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR