Rusiya XİN rəhbəri ölkədə keçirilmiş etiraz aksiyalarına münasibət bildirib

Rusiya XİN rəhbəri ölkədə keçirilmiş etiraz aksiyalarına münasibət bildirib
# 27 mart 2017 13:06 (UTC +04:00)

“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul olunub”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.

O, etiraz aksiyası zamanı həbslərə də münasibət bildirib: “ABŞ və Avropa ölkələrində qanun pozuntusu baş verərkən, o cümlədən etiraz aksiyası zamanı nümayişçilərin icazə verilməyən yerdə yığışması zamanı polisin onlarla necə rəftar etdiyini yaxşı xatırlayıram. Bu zaman dəyənəklərdən də, gözyaşardıcı qazdan da istifadə olunur. Bizim jurnalistlərimiz, o cümlədən ötən ilin payızında “Russian Today” kanalının çəkiliş qrupu ABŞ-da etiraz aksiyasını işıqlandırmaq istəyərkən bu halla üzləşiblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR