Binəqədidə uşaqlar üçün pulsuz diş müayinələri təşkil olunub

Binəqədidə uşaqlar üçün pulsuz diş müayinələri təşkil olunub
# 16 noyabr 2016 10:12 (UTC +04:00)

Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Azercell Telekom” MMC-nin Mobil Diş klinikasının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləcəri bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə 8-17 yaş arası uşaqlar üçün pulsuz diş müayinələri təşkil edilib.

Binəqədi rayon İH-dən APA-ya verilən məlumata görə, müayinələr zamanı klinikanın həkimləri kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərərək, lazımı tədbirlər görürlər. Noyabrın 14-dən başlanan müayinələr iki həftə, hər həftənin ikinci və dördüncü günləri olmaqla, saat 13:00-dan -17:00-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR