"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının azərbaycanlı olduğu bildirilir - YENİLƏNİB

"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının azərbaycanlı olduğu bildirilir - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2018 10:17 (UTC +04:00)

"You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının kimliyi məlum olub.

APA-nın ABC-yə istinadən verdiyi məlumata görə, hücumu törədən qadının əslən İrandan olan azərbaycanlı Nasim Ağdam olduğu bildirilir.

***

05.51

"YouTube" videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil.

İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub.

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR