Bank Of Baku

Füzuli Beynəlxalq Hava Limanı və Zəngilanın Ağalı kəndində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Füzuli Beynəlxalq Hava Limanı və Zəngilanın Ağalı kəndində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

© APA | Füzuli Beynəlxalq Hava Limanı və Zəngilanın Ağalı kəndində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

# 11 avqust 2021 12:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional İdarəsi Füzuli Beynəlxaql Hava Limanında və Zəngilan rayonunun Ağalı kəndində inşa olunan “Ağıllı kənd ” layihəsində çalışan işçilər üçün seminar-müşavirə və maairfləndirmə tədbirləri keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirlərdə qeyd olunub ki, Qarabağ Regional Mərkəzi əməkdaşlarının məqsədi Dövlət Yanğın Nəzarəti Xidmətinin tədbirlər planına uyğun olaraq, tikinti sahəsində çalışan işçilərin işğaldan azad olmuş ərazilərdə yanğın təhlükəsizlik tələblərini yerinə yetirmələrinə nail olmaq, tikintilərdə və meşələrdə baş verəcək yanğınların qarşısını dərhal almaq bacarıqlarını artırmaqdır.

Qarabağ Regional İdarəsinin rəisi, polkovnik-leytenant Təyyar Paşayev jurnalistlərə bildirib ki, işğaldan azad olan ərazilərdə uzun illər yaşayış olmadığından əraziləri kol-kos basıb, bu səbəbdən də bir qığılcım, bir siqaret közü böyük yanğınlara səbəb ola bilər: “Məqsəd tikinti sahəsində çalışanların yanğın təhlükəsizliyi tələblərinə riayət etmələrinə nail olmaq, fəhlə və qulluqçuları əyani vəsaitlər göstərməklə yanğın təhlükəsizlik qaydaları ilə tanış etməkdir. Bir məqsədimiz də odur ki, gələcəkdə vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqdan sonra ictimayi iaşə obyektlərində, yaşayış evlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunsun".

Vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün belə tədbirlərin əhəmiyyətindən danışan idarə rəisi qeyd edib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam edəcək.

Füzuli Beynəlxalq Hava Limanıda olan FHN-əməkdaşları orada çalışan işçilərə əyani şəkildə yanğının söndürülməsi qaydalarını izah edib, yanğından mühafizə qaydalarından bəhs edən bukletlər paylayıblar.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisində istifadə olunan bütün materiallar beynəlxaalq standartlara uyğundur, alova dözümlüdür. V. Əmiraslanov bu kimi maarifləndirmə tədbirlərinin təşkilinin vacib olduğunu vurğulayıb: “Ümumiyyətlə, burada istifadə olunan bütün materiallar beynəlxalq terminallarda isdifadə olunan materiallardır. Materiallar seçilən zaman yanğın təhlükəsizliyi normaları nəzərə alınıb. Eyni zamanda, beynəlxalq standartlara və Azərbaycanın normalarına cavab verən avtomatik yanğınsöndürmə sistemi layihələndirilib, hazırda onun tikintisi davam etdirilir“.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR