ABŞ hərbi gəmisi Çinin özününkü saydığı mübahisəli adaların yaxınlığından keçib

ABŞ hərbi gəmisi Çinin özününkü saydığı mübahisəli adaların yaxınlığından keçib
# 10 avqust 2017 16:24 (UTC +04:00)

Bu gün ABŞ-ın “Con Makkeyn” hərbi gəmisi (destroyer) Çinin Cənubi Çin dənizində öz maraq zonası saydığı süni adaların və digər mübahisəli adaların yaxınlığından keçib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ komandanlığından bildiriblər ki, əməliyyat azad gəmiçiliyin təmin edilməsi məqsədilə keçirilib. Əməliyyat çərçivəsində ABŞ hərbi gəmisi mübahisəli adaların və riflərin 12 mil (22 km) yaxınlığından keçib. “Con Makkeyn” gəmisi nüfuzlu respublikaçı senator Con Makkeynin şərəfinə belə adlandırılıb.

Qeyd edək ki, Cənubi Çin dənizindəki bir sıra adaların hansı ölkəyə məxsus olduğu ətrafında mübahisələr var. Bu adalara Çin, Filippin, Malayziya, Bruney və Vyetnam iddia edir. ABŞ Çinin mövqeyinə qarşı çıxır və bu mübahisədə digər ölkələri dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR