Nevada ştatının Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Nevada ştatının Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 03 oktyabr 2017 03:31 (UTC +04:00)

ABŞ-da Las-Veqas şəhərinin (Nevada ştatı) yerləşdiyi Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə dairə administrasiyasının “Tvitter” səhifəsində bildirilib

Məlumata görə, qərarla dairənin müvafiq strukturları faciənin fəsadlarının aradan qaldırılması üçün səfərbər edilir.

Qeyd edək ki, ötən gecə Las-Veqasın “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Hadisə nəticəsində 59 nəfər ölüb, 527 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR