Azərbaycanda benzin istehsalı 5% artıb, dizel istehsalı 21% azalıb

Azərbaycanda benzin istehsalı 5% artıb, dizel istehsalı 21% azalıb
# 13 oktyabr 2017 15:39 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1960,2 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,8% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu il ölkədə 874,2 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 5,1% çoxdur. Nəticədə bu ilin oktyabrın 1-nə 29,5 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1 362 min ton dizel yanacağı istehsal edilib. Bu, 2016-cı ilin 9 ayı ilə müqayisədə 20,9% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 55,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il Azərbaycanda ağ neftin istehsalı 6% azalıb. Belə ki, bu ilin 9 ayı ərzində ölkədə 445,4 min ton ağ neft istehsal olunub ki, bu ilin oktyabrın 1-nə 17,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 9 ayı ərzində ölkədə neft bitumunun istehsalında 14,6% artaraq 158,7 min ton təşkil edib. Nəticədə oktyabrın 1-nə 3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 9 ayı ilə müqayisədə 3,2 dəfə artıb. Belə ki, 9 ay ərzində 24,3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin oktyabrın 1-nə 3,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma qeydə alınıb. Belə ki, bu il ərzində 13-,7 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 0,6% azdır. Nəticədə bu ilin oktyabrın 1-nə 1,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 9 ayı ərzində Azərbaycanda 258,1 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 40,7% azalma deməkdir. Nəticədə bu ilin oktyabrın 1-nə 11,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, 9 ay ərzində ölkədə 152,4 min ton neft koksu istehsal edilib ki, bu da daha əvvəlki ilin 9 ayı ilə müqayisədə 9,3% çoxdur. Nəticədə oktyabrın 1-nə 6,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR