Dekabrın 10-da Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın əldə etdiyi məlumata görə, yaralı, 1955-ci il təvəllüdlü Musayeva Həlimə Çəlbiş qızı bu gün 3 saylı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
***
10 dekabr, 23:12
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Maştağa qəsəbəsində baş verib.
Minik avtomobili 1955-ci il təvəllüdlü Musayeva Həlimə Çəlbiş qızını vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. H.Musayevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.