Ali məktəblərin 210 tələbəsi AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək

Ali məktəblərin 210 tələbəsi AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək
# 29 noyabr 2016 13:00 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək. AMEA-dan APA-ya verilən xəbərə görə, "SABAH" qruplarında təhsil alan tələbələr sırasından seçilmiş 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilib. AMEA prezidentinin 25 noyabr tarixli sərəncamı ilə "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiq edilib. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə 1 dekabr tarixindən 31 may 2017-ci il tarixinədək AMEA-nın 21 elmi müəssisəsində, həmçinin Elm və Təhsil İdarəsində təcrübə keçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR