Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət alıb

Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət alıb
# 27 may 2018 15:18 (UTC +04:00)

Şamaxıda ağır tonnajlı yük avtomobili aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30 radələrində Şamaxı-Padarçöl yolunda baş verib.

Saatlı rayon sakini 1962-ci il təvəllüdlü Məsimov İbrahim Mütəllim oğlu idarə etdiyi "HOVA" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR