Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 18 sentyabr 2017 16:14 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Zaqatala rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütün qurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR