Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq

 Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq
# 27 noyabr 2017 13:52 (UTC +04:00)

Bu il noyabrın 28-29-da Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Konfrans çərçivəsində “Davamlı enerji gələcəyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün investisiyaların təşviqi” mövzusunda nazirlərin görüşü də nəzərdə tutulub.

Aşqabad konfransında Beynəlxalq Enerji Xartiyasının çərçivəsində əməkdaşlıq, davamlı enerjinin təminatı, enerji nəqli marşrutlarının təhlükəsizliyi və diversifikasiyası kimi məsələlər müzakirə ediləcək. 28-ci konfransın yekun sənədi kimi “Bəyannamə”nin qəbulu planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR