Somalidə terrorçuların hücumu nəticəsində 24 hərbçi ölüb

Somalidə terrorçuların hücumu nəticəsində 24 hərbçi ölüb
# 30 iyul 2017 23:01 (UTC +04:00)

Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Afrika İttifaqının sülhməramlı missiya qüvvələri (AMISOM) və Somali hərbçilərinə hücum ediblər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 23 sülhməramlı və 1 Somali ordusunun əsgəri ölüb.

Afrika İttifaqının sülhməramlı kontingenti 2007-ci ildən BMT-nin dəstəyi ilə Somalidə yerləşdirilib. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR