Ödəmə terminalından oğurluq edən şəxsə 7 illik həbs cəzası verilib

Ödəmə terminalından oğurluq edən şəxsə 7 illik həbs cəzası verilib
# 05 dekabr 2016 09:02 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mobil Ağabalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Ağabalayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, oğurluq hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi, Gəncənin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində “Ekspressbank” ASC-yə məxsus ödəmə terminalından oğurluq edən 1991-ci il təvəllüdlü Mobil Ağabalayev saxlanılıb. Məlum olub ki, o, "Ekspressbank” ASC-yə məxsus ödəmə terminalının üst qapağını sındıraraq 12 min 801 manat pulu oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR