Məleykə Abbaszadə: “Ali məktəb müəllimləri abituriyentlərin bilik səviyyəsindən razı deyillər”

Məleykə Abbaszadə: “Ali məktəb müəllimləri abituriyentlərin bilik səviyyəsindən razı deyillər”
# 05 dekabr 2016 08:52 (UTC +04:00)

“Hamı deyir, imtahanlar asan olsun. Amma biz istəyirik ki, riyaziyyat müəllimliyinə gedən riyaziyyat fənnini bilsin. Reallığı dərk edərək iş görmək lazımdır”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ali məktəb müəllimləri abituriyentləri qəbul edəndə onların bilik səviyyəsindən narazılıq edirlər: “Baxmayaraq ki, abituriyent 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir. Kurikkuluma keçid düzgün aparılsaydı, bu uşaqların xeyrinə olacaqdı. Ümidvarıq ki, indi apardığımız işlər müəllimləri də, şagirdləri də düzgün istiqamətdə işləməyə vadar edəcək”.

M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarına proqramdan kənar heç bir sual daxil edilməyib: “IX və XI sinfin buraxılış imtahanlarının buraxılış imtahanlarının nəticələrinin müqayisəsini aparırıq. Regionlar üzrə IX sinifdə bir regionda bir fəndən orta statistik göstərici 15%-dirsə, iki il sonra XI sinifdə bu rəqəm 25-30% olur. Bu io deməkdir ki, 9 il bu uşaq nə ilə məşğul olubsa, ona uyğun nəticə göstərir. Qarşıdakı 2 il ərzində ali məktəbə hazırlaşanda səviyyəni 25-30% qaldırmaq mümkündür. Bünövrə sıfırdırsa, 50% nəticə göstərmək mümkün deyil. Bu il nə qədər yer boş qaldı, heç ora sənəd verən olmadı. Şagirdlərin nəticələri aşağı olanda isə Rusiya və Ukraynanın ali məktəblərinə üz tuturlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR