İspaniyada terror aktını törədənin kimliyi məlum olub

İspaniyada terror aktını törədənin kimliyi məlum olub
# 17 avqust 2017 20:26 (UTC +04:00)

İspaniyanın Barselona şəhərində yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyi məlum olub.

APA-nın “El País” nəşrinə istinadən verdiyi xəbərə görə, sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR