Bakıda binanın damından özlərini atmaq istəyən iki nəfər xilas edilib

Bakıda binanın damından özlərini atmaq istəyən iki nəfər xilas edilib
# 27 fevral 2019 10:20 (UTC +04:00)

Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloyi söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR