Gürcüstanda qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər

Gürcüstanda qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər
# 07 fevral 2017 08:25 (UTC +04:00)

Gürcüstan parlamentində qadınların həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi qeydə alınıb.

APA-nın “Kavkaz-uzel” saytına istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi İrina Barbakadzedir.

Layihənin məqsədi ordunun gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, torpaqların geri qaytarılması və ölkənin birləşdirilməsidir.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, qadınlar orduda könüllü şəkildə xidmət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR