Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər

Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər
# 19 avqust 2017 20:41 (UTC +04:00)

Avqustun 17-də terror hücumları baş vermiş Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, aksiyada onlarla etirazçı iştirak edib.

Məlumata görə, etirazçılar terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində “Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.

Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR