Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) vətəndaşlara müraciət edib.
Şamaxı RİH-dən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir ki, bəzi şəxslər tərəfindən aparılan və şəhərin estetik görünüşünə xələl gətirən, heç bir tikinti normalarına uyğun olmayan qanunsuz tikililərə də rast gəlinir.
"Rayon icra hakimiyyəti mövcud vəziyyəti nəzərə alaraq əhaliyə bir daha bildirir ki, hər hansı tikinti işlərinə başlamazdan əvvəl layihəni mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq icra hakimiyyətinin tikinti və memarlıq şöbəsi ilə razılaşdırmalı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri ilə müəyyən olunmuş müvafiq rəsmiləşdirmə işləri aparıldıqdan sonra həyata keçirməlidir. Bununla əlaqədar vətəndaşlar istənilən layihə ilə bağlı hüquqi-texniki və memari dəstək almaq üçün rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinə müraciət edə bilərlər", - müraciətdə vurğulanıb.
Müraciətdə qanunsuz tikintilərin həyata keçirilməsi halları baş verdikdə həm vətəndaşlar, həm də bu işlərə himayədarlıq edən vəzifəli şəxslərlə bağlı qanunamüvafiq qaydada ciddi tədbirlərin görüləcəyi bildirilib.