SOCAR I rübdə Rusiyadan 800 mln. kubmetrə yaxın qaz idxal edib

SOCAR I rübdə Rusiyadan 800 mln. kubmetrə yaxın qaz idxal edib
# 16 may 2018 08:56 (UTC +04:00)

SOCAR bu ilin I rübündə Rusiyadan 797 mln. kubmetr qaz idxal edib.

Bu barədə “APA-Economics” “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir.

“Cari ilin I rübündə Rusiyadan Azərbaycana 797 mln. kubmetr qaz idxal olunub. Ötən ilin yanvar-mart aylarında “Qazprom” respublikaya qaz tədarük etməyib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 21 noyabr 2017-ci il tarixində Moskvada “Qazprom eksport” ASC və SOCAR arasında Azərbaycana qaz tədarükünə dair müqavilə imzalanıb. İllik müqavilə çərçivəsində Azərbaycan bazarına 1,6 mlrd. kubmetr həcmində Rusiya qazının tədarükü planlaşdırılır. Qaz tədarükünə 22 noyabr 2017-ci il tarixində başlanılıb və 2017-ci ilin sonunadək SOCAR Rusiyadan 349 mln. kubmetr qaz idxal edib.

“Qazprom” 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycana qaz tədarük edib. “Şahdəniz” yatağı istismara veriləndən sonra tədarük dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR