Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar məlum olub

Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar məlum olub
# 30 yanvar 2017 03:02 (UTC +04:00)

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, günün ilk oyununda qrup mərhələsini lider kimi başa vurmuş Konqo DR ikinci kimi 1/4 finala adlamış Qana ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Qana final üçün yarışacaq.

Mərhələnin son oyununda isə qrupu birinci pillədə tamamlamış Misir Şimali Afrikanın digər təmsilçisi Mərakeşlə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Mahmud Kahrabanın sona 2 dəqiqə qalmış vurduğu qol Misiri yarımfinala çıxarıb.

Qeyd edək ki, daha əvvəl Kamerun və Burkina Faso yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda Misir Burkina Faso ilə, Kamerun isə Qana ilə qarşılaşacaq. İlk yarımfinal matçı fevralın 1-də, digər qarşılaşma isə bir gün sonra keçiriləcək.

Afrika Millətlər Kuboku

1/4 final

29 yanvar

Konqo DR - Qana 1:2

Qol: Pol-Joze Mpoku, 68 - Cordan Ayyu, 63. Andre Ayyu, 78-pen.

Misir - Mərakeş 1:0

Qol: Mahmud Kahraba, 88.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR