ABŞ Senatı yeni baş prokurorun namizədliyini təsdiqləyib

ABŞ Senatı yeni baş prokurorun namizədliyini təsdiqləyib
# 09 fevral 2017 01:31 (UTC +04:00)

ABŞ Senatı Ceff Seşnsin baş prokuror, ABŞ Ədliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin strukturuna prokurorluq və Federal Təhqiqat Bürosu daxil olmaqla, bir sıra xüsusi xidmət orqanları da daxildir.

Ceff Seşnsin namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülüb. C.Seşns 1946-ci ildə doğulub, 1996-cı ildən etibarən Senatda Alabama ştatını təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR