SKMF-nin vəsaitlərinin 9%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib

SKMF-nin vəsaitlərinin 9%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib
# 14 aprel 2018 06:42 (UTC +04:00)

2018-ci ilin I rübündə Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 135 layihənin icrası üçün 50 mln. 19,2 min manat məbləğində güzəştli kredit verilib.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 109 layihənin reallaşması üçün ayrılan 1 mln. 102,7 min manat kiçik həcmli kreditləri, 9 layihənin icrasına verilən 1 mln. 458 min manat orta həcmli kreditləri, 17 layihənin həyata keçirilməsinə ayrılan 47 mln. 458,5 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Bu ilin I rübündə sahibkarlara ayrılan 16 mln. 93,5 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (12 layihə), 2 mln. 690 min manat kənd təsərrüfatı məhsullarının emalına (9 layihə), 29 mln. 555,7 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (112 layihə), 1 mln. 680 min manat isə xidmət (infrastruktur) sahələrinin inkişafına (2 layihə) yönəldilib.

Başqa sözlə, hesabat dövründə sahibkarlara verilən kreditlərin 8,9%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 6,6%-i kənd təsərrüfatı məhsullarının emalına, 83%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 1,5%-i xidmət (infrastruktur) sahələrinin inkişafına yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən bu ilin yanvar-mart aylarında layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 5 145 yeni iş yerinin yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR